«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasında (KXDR) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampı «dünyanı dağıdan adam» adlandırıblar.
Ölkənin xarici işlər nazirliyində (XİN) onu da əlavə ediblər ki, heç nə Pxenyanı özünün nüvə proqramı üzərində işləməkdən çəkindirə bilməz.
KXDR-da bəyan ediblər ki, ABŞ Prezidenti Donald Tramp Asiya turunun gedişində Koreya yarımadasında nüvə müharibəsinin başlanması barədə yalvararaq danışıb. Yerli KİV-ə istinadla, bu barədə xəbəri «The Independent» nəşri yayıb.
«Asiya turunun gedişi zamanı Tramp özünün gerçək mahiyyətini nümayiş etdirdi və göstərdi ki, beynəlxalq aləmdə sülhün və sabitliyin dağıdıcısıdır. O, Koreya yarımadasında nüvə müharibəsinin başlanması üçün yalvarırdı» - deyə, ölkənin xarici işlər nazirliyinin nümayəndəsi bildirib.
Bundan başqa, XİN nümayəndəsi qeyd edib ki, özünun nüvə proqramının davam etdirilməsindən Pxenyanı heç nə çəkindirə bilməz.


Şərhlər