Menu

Şəkidə nənənin nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub

12.11.2017, 15:28
Şəkidə nənənin nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub

Şəkidə 1938-ci il təvəllüdlü Nüvər İbrahimxəlil qızı Sadıqovanın qız nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, cinayəti törədən 30 yaşlı Reyhan Davudovadır.

O, ruhi xəstədir və xəstəliyi ilə bağlı bir neçə dəfə müalicə olunub. Hadisə baş verən vaxt R. Davudova evdə nənəsi ilə tək olub. O, ilk öncə nənəsini boğub, daha sonra çəkiclə qoca qadının başına bir neçə dəfə zərbə endirib.

R.Davudova qətli törətdikdən sonra taksiyə əyləşərək polis şöbəsinə gedərək törətdiyi cinayəti etiraf edib.

Nüvər Sadıqova dəfn edilib. Qeyd edək ki, yaxın günlərdə qətlə yetirilmiş Nüvər Sadıqovanın digər nəvəsinin toy mərasimi olacaqdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol