Menu

Aralıq dənizində 4,4 bal gücündə zəlzələ olub

12.11.2017, 16:39
Aralıq dənizində 4,4 bal gücündə zəlzələ olub

Aralıq dənizində Liviya sahillərində 4,4 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Liviyanın Əl-Marc şəhərindən 46 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol