Menu

Xorvatiya millisi DÇ-2018-ə vəsiqə qazanıb

13.11.2017, 09:49
Xorvatiya millisi DÇ-2018-ə vəsiqə qazanıb

Futbol üzrə DÇ-2018-in final mərhələsinə yüksələn komandalardan birinin də adı məlum olub.

APA-nın xəbərinə görə, Xorvatiya yığması Pireydə DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin oyununda Yunanıstanla qolsuz heç-heçə edərək mundiala vəsiqəni təmin edib.

Xorvatiyada keçirilən ilk matçda meydan sahibləri rəqibi 4:1 hesabı ilə darmadağın etmişdi.

Xorvatiya yığması 4 dəfə futbol üzrə dünya çempionatında iştirak edib (1998, 2002, 2006 və 2014-cü illərdə). Komanda 1998-ci ildə mundialın üçüncü pilləsinə yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol