«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq başçısı Con Brennan CNN telekanalına verdiyi müsahibədə deyib ki, Rusiyanın Prezidenti Vladimir Putinin ABŞ-ın hazırkı Prezidenti Donald Tramp üzərində xüsusi təsiri var və hətta onu qorxuda da bilər.
Onun sözlərinə görə, ruslarla münasibətdə Trampı ya nifrət idarə edir, ya nadanlıq, ya da qorxu.
Bu zaman, Brennan ortaya heç bir sübut qoymayıb, amma qeyd edib ki, Tramp ABŞ-dakı 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi məsələsi barədə suallardan qaçmaq üçün Putinə imkan yaradır.


Şərhlər