Azərbaycan, İran və Əlcəzairin milli neft şirkətləri "Lukoil" şirkətinin İtaliyadakı aktivi olan ISAB neft emalı kompleksinin alışına maraq göstərir.
"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib.
Onun sözlərinə görə, "Lukoil" şirkətinə çox sayda təklif daxil olub: "Biz bu variantları nəzərdən keçiririk. Zavod olduqca yaxşı vəziyyətdədir. İndiyədək biz bu zavoda kifayət qədər investisiya yatırmışıq. Bütün qurğular işlək vəziyyətdədir. Üstəlik, modernləşdirmə işlərindən sonra bir neçə yeni obyektin işə salınması da nəzərdə tutulub. Buna görə, heç bir şey bizi tələsik qərar qəbul etməyə vadar etmir. Biz maraqlı tərəflərlə danışıqları davam etdiririk".
Sentyabr ayının sonunda V. Ələkbərov qeyd edib ki, ISAB ilə ABŞ-ın iri şirkətləri, beynəlxalq investisiya fondları maraqlanır.


Şərhlər
A balam,SOCAR İtaliyada,Çernoqoriyada,orda-burda neft emalı zavodları alınca-tikincə öz respublikamızda niyə tikmir?İki emal zavodumuz var,biri Vosmoyda,Sovetdən qalıb,o biri Qaraşəhərdə,Nuh əyyamından qalıb.Gah "Stalin zavodu" oldu,dəyişdilər "22-ci qurultay" zavodu oldu,sonra da BNZ dedilər.Adını nə qoysan da ofisinin qarşısındakı beşinci sex 130 il əvvəllərə qədər Nobelin at tövləsi olmayıb?Bu fakttır.Üçüncüsünü tikək də.Xaricilərə yox,öz ləlöyün döyən gənclərimizə zavod açsaq,iş yerləri açılsa pis olar?