Menu

Bakıda borcu olan şəxs özünü binadan atmaq istəyib

13.11.2017, 20:18
Bakıda borcu olan şəxs özünü binadan atmaq istəyib

Bakıda naməlum kişi intihara cəhd edib.

APA-nın məlumatına görə, Nəsimi rayonu ərazisində, metronun “20 Yanvar” stansiyası yaxınlığında 45-50 yaşlarında kişi beşmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib.

Hadisə yerinə gələn polis əməkdaşları cəhdin qarşısını alıblar.

Özünü binadan atmaq istəyən kişinin qollarını da kəsdiyi məlum olub. İlkin məlumata görə, o, borcu olduğu üçün canına qəsd etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol