Menu

Tramp özünü Filippin prezidentinin müttəfiqi adlandırıb

13.11.2017, 22:03

filippin«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Filippinin Prezidenti Rodriqo Dutertenin mətbuat katibi bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Filippin liderini inandırmağa çalışıb ki, prezident seçildildiyinin lap əvvəlindən onun müttəfiqi olub.

Duterte də öz növbəsində, ikitərəfli münasibətlərdə acı məqamların olmasına baxmayaraq, ABŞ-la alyansı mühüm və möhkəm adlandırıb.

«Duterte administrasiyasına yönəlik bu acı məqamlar və ya bəynatlar ABŞ-n sabiq prezidenti Obama tərəfindn edilib. İndi isə hesab edirəm ki, prezident Tramp bu məsələni həll edib və Filippin Prezidentini əmin edib ki, prezident seçiləndən sonra həmişə Dutertenin müttəfiqi olub» - deyə, mətbuat katibi Harri Roke bildirib.

O, əlavə edib ki, Tramp administrasiyası ilə Duterte administrasiyası arasında münasibətlərdə əhəmiyyətli fərq olacaq.

«Onlar çox səmimi idilər. Görünür ki, onların hər biri üçün adam var ki, hər ikisi onu özünün yaxşı dostu saymır. ABŞ-n sabiq prezidenti Barak Obamaya yönəlik onların hər ikisi eyni hisslər keçirirlər» - Rake qeyd edib.

Bundn başqa, mətbuat katibi təsdiqləyib ki, doğrudan da Tramp ASODA-nın 31-ci sammitinin gedişində şam yeməyi zamanı Filippin Prezidenti Rodriqo Dutertedən oxumağı xahiş edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol