Menu

İspaniyalı nazir Rusiyanı günahlandırıb - «Kataloniyanın xeyirinə təbliğat» aparmaqda

13.11.2017, 22:07
İspaniyalı nazir Rusiyanı günahlandırıb - «Kataloniyanın xeyirinə təbliğat» aparmaqda

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniyanın müdafiə naziri Mariya Dolores de Kospedal Rusiyanı Kataloniyanın xeyirinə təbliğat aparmaqda günahlandırıb.

«İspaniya hökuməti əmindir ki, Kataloniya böhranı barədə internetdə «təbliğat» Rusiya və Venesuela ərazilərindən yayılıb. Ancaq heç kim bilmir ki, bunun arxasında kim dayanır. Bu gün biz, İspaniyada bilirik ki, bir çox fəaliyyətlər Rusiya ərazisindən baş verib. İndiki mərhələdə - analiz mərhələsində - müəyyən ermək mümkün deyil ki, hansı təşkilatdan, tam əminltklə demək mümkün deyil ki, bu, Rusiya hökumətidir...» - deyə, nazir Brüsseldə jurnalistlərə deyib.

Onun sözlərinə görə, «problemin həlli üçün» bu barədə ucadan danışmaq vacibdir.

«Əhəmiyyətlisi budur ki, biz bilməliyik - müəyyən təşkilatlar var və onlar dövləti və ya özəl ola bilərlər ki, ziyan vurmaq və Avropada qeyri-sabit vəziyyət yaratmaq məqsədilə, milli siyasətə müdaxilə cəhdləri göstərirlər. Biz, bu barədə açıq bəyanatla çıxış etməyə borcluyuq ki, ictimaiyyət bu barədə bilsin və bununla mübarizə aparsın. İctimaiyyətin məlumatlılığı - ilk addımdır. Biz, artıq bu addımı atmışıq» - deyə, nazir bəyan edib.

Son həftələr, bəzi İspaniya KİV-i silsilə materiallar dərc ediblər. Həmin materiallarda bildirilir ki, bir sıra Rusiya KİV-i, o cümlədən, «RT» telekanalı və «Sputnik» agentliyi Kataloniya böhranını qeyri-obyektiv işıqlandırır və İspaniyanın neqativ obrazını yaratmaq üçün sosial şəbəkələrdəki akkauntlardan istifadə edirlər.

Kremldə isə Kataloniya böhranının istisnasız olaraq, İspaniyanın daxili işi olduğunu bəyan ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol