Menu

Azərbaycanda bu benzinin satışı dayandırıldı

14.11.2017, 00:38
Azərbaycanda bu benzinin satışı dayandırıldı

Yanacaqdoldurma məntəqələrində "Aİ 98” markalı super benzinin satışı dayandırılıb.

"AzPolitika"nın "Xəzər xəbər”ə istinadla verdiyi məlumata görə, super markalı benzini ölkəyə gətirən və satan "SOCAR Petrolium” şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirib ki, bu benzinin satışının dayandırılmasına səbəb onun alındığı ölkələrdə yanacaq qiymətlərinin bahalaşmasıdır. Buna görə şirkətin həmin ölkələrlə qiymət məsələsi ilə bağlı danışıqları uzandığına görə super benzinin gətirilməsi hələ ki, dayandırılıb.

Ü. Həbibbəylinin sözlərinə görə, super benzinin ölkəyə gətirilməsi bərpa olunana qədər sürücülər "Aİ 95” kimi tanınan "Premium” markalı benzindən istifadə edə bilərlər.

Onun sözlərinə görə, super benzin xarici ölkələrdən baha qiymətə alınsa belə, onun satış qiymətində bahalaşma olmayacaq.

Onu da qeyd edək ki, super benzinin Azərbaycanda istehsalı həyata keçirilmir. Azərbaycan bu benzini Bolqarıstan, Belarus və Rumuniyadan alır. Yeni alınacaq benzin də ölkəyə Rumuniyadan gətiriləcək. Super benzinin ən geci 1 aya sürücülərə təqdim ediləcəyi gözlənilir.

Şərhlər

dadaşyev 2017-11-14 00:38:24

"Super benzinin Azərbaycanda istehsalı həyata keçirilmir" nə deməkdir?Hər bir neft emalı zavodunda 72-dən 98-ə qədər oktan şkalası olan bütün benzin növləri istehsal oluna bilir.Dünyanın hər bir neft emalı zavodunda.98 şkalası üçün ayrıca zavod,sex tikməyə,ayrıca texnologiyalar tətbiq etməyə heç bir ehtiyac yoxdur.Emal zamanı oktan şkalasının kiçiyindən böyüyünə qədər hamısı ardarda istehsal olunur.Yəni 94-ə qədər istehsal edirik,amma 95-dən 98-ə qədər benzin istehsal edərkən əlimizdən mi tutur Avropa?

dadaşyev 2017-11-14 00:38:24

davamı:"Azərbaycan bu benzini Bolqarıstan, Belarus və Rumuniyadan alır".Moldovadan almırsınızmı?Daha doğrusu,Moldovanın cənubundakı Reni şəhərində 250 milyon dollara tikdirdiyiniz bizim neft emalı zavoduna bizim xamnefti verib emal etdiyimiz bizim superbenzin deyilmi gətirdiyiniz?"Kənardan gəlsin,deyək xarici ölkələrdən gəlir,o bəhanəylə baha sataq millətə" düşüncəsiyləmi bizdə istehsal olunmur?

dadaşyev 2017-11-14 00:38:24

Hər şey millətin cibinin tələsidir.Heçbir şey millətin mənafeyi azacıq da olsa düşünülərək həyata keçirilmir.Hər şey millətin təpəsindən vurub əzmək üçün düşünülüb.

Hesabdar 2017-11-14 00:38:24

Şakərimiz? Sat, pul qazan, payla şərəfə və lider ol! Azərbaycanın 10 mln ton neft çıxaran dövrünə uyğun emal zavodu var. Çoxdan(ən geci 2000-05) Neftin dərin emalı və daha önəmli məhsullar(Avro) üçün zavod (Yeni emal qurğuları) gərəkdi. Ola bilsin ki, ümumən neft gəlirinin azı 5 qat çox və əhalinin bir neçə tələbatının da asan ödənəcəyindən çəkiniblər? Axı, burada özəl bölmə lazımi qədər "ÖzƏllərin" olmur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol