Menu

Tehranda oruc tutmayanlara qarşı əməliyyatlar keçirilir

30.06.2014, 16:25
Tehranda oruc tutmayanlara qarşı əməliyyatlar keçirilir

İyunun 29-dan Tehran polisi paytaxt küçələrində, yeməkxanalarda, avtomobillərdə və digər ictimai yerlərdə oruc tutmayanlara qarşı əməliyyat tədbilərinə başlayıb.

“Media forum” saytının məlumatına görə, Tehran hüquq mühafizə qüvvələrinin əməkdaşları Ramazan ayının 1-ci günündə paytaxtda reydlər keçirərək küçələrdə, parklarda yemək yeyən, avtomobillərin içində siqaret çəkən yüzlərlə vətəndaşı saxlayaraq onlara xəbərdarlıq edib, bəzilərini isə polis bölmələrinə aparıblar.

Polis qüvvələri həmçinin hazır yeməklər satan yüzlərlə “fast food” mağazalarına baxış keçirərək müştərilərə sendviç və digər hazır yeməklər satan mağazaların sahiblərini cərimələyib, bəzilərinin isə fəaliyyətinə qadağa qoyublar.

Polisin paytaxt küçələrindəki əməliyyatının Ramazan ayının sonuna qədər davam etdiriləcəyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol