Azərbaycan İrana 500 milyon dollar dəyərində kredit ayırıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanov qeyd edib ki, "Şimal-Cənub" layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə 2018-ci ilin birinci yarısında başlanılacaq.
O əlavə edib ki, Azərbaycan tərəfi dəmir yolunun tikintisi çərçivəsində artıq İrana 500 milyon dollar dəyərində kredit ayırıb və hər iki tərəf kredit sazişini imzalayıb.


Şərhlər
Qara-qura oyunlar davam edir.Ortada Azərbaycanlıların canı gedir.
Xudaferin ses ermenilere Isleyir Iranin pulu yoxdu Azerbaycandan alib ermeniye yardim edir bizde qepiye sevinirik
Eheyyy! Yabançı hökumət! Mən də kredit istəyirəm!!!
İran dünyanın 10 en iri ölkesini pulla alar.