Menu

AFFA baş məqşçilərlə müqaviləyə xitam verdi

15.11.2017, 19:11
AFFA baş məqşçilərlə müqaviləyə xitam verdi

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayevlə görüşüb.

Trend-in məlumatına görə, T.Həsənov U-19-un, M.İsayev isə U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsində çıxışı ilə bağlı hesabat təqdim edib.

Hesabatların təqdimatından sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub.

U-19 və U-17 Azərbaycan yığmalarının baş məşqçisi vəzifəsinə təyinatlar ilin sonuna qədər müəyyənləşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol