Menu

Məktəblini əzən sürücü qaçdı - Bakıda qəza

15.11.2017, 20:36
Məktəblini əzən sürücü qaçdı - Bakıda qəza

Yüksək sürətlə hərəkət edən avtomobil məktəblini vurub.

"AzPolitika" Azxeber.com-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında yaşanıb. Yüksək sürətlə hərəkətdə olan avtomobil yolu keçmək istəyən məktəblini vurub. Hadisə nəticəsində azyaşlı qız xəsarətlər alıb.

Təcili tibbi yardım xidmətinin əməkdaşları gələnə kimi yaralıya vətəndaşlar tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra o, xəstəxanaya aparılıb.

Məlumata görə, hadisə dərs çıxışı zamanı baş verib. Yolu keçmək istəyən məktəbli qız yüksək sürətlə hərəkət edən avtomobilin altında qalıb. Sürücü hadisəni törətdikdən sonra qaçıb. Hadisəni "Dodge” markalı maşının sürücüsü törədib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol