Menu

“İsa Qəmbər Müsavat başqanlığında qalmalıdır” - Məclis üzvü

30.06.2014, 17:51
“İsa Qəmbər Müsavat başqanlığında qalmalıdır” - Məclis üzvü

Müsavat Məclisi iyunun 28-də partiyanın 8-ci qurultayının sentyabrın 27-də keçirilməsinə qərar verib. Qurultayın keçirilməsinin əleyhinə olan Məclis üzvləri də olub. Onlardan biri – Məmməd Zeynalov “Media forum” saytına deyib ki, başqan seçimi olacağı üçün qurultayın əleyhinədir: “Qurultayın gündəliyində başqan seçimi durduğundan onun keçirilməsinin əleyhinəyəm. Hazırda başqan İsa Qəmbərin yerinə layiqli namizəd görmürəm. Başqan seçiminin ən azı 2015-ci ildə keçiriləcək parlament seçkisindən sonraya qalmasını istəyirəm. Mənim kimi düşünən xeyli müsavatçı var.

Başqanlıqdan getmək İsa bəyin öz mövqeyidir. Mən İsa bəydən yaşca böyük olsam da, siyasi rəhbərim kimi onu eşidirəm. Həm də məcbur etmək mexanizmim və gücüm yoxdur deyəm ki, İsa bəy, başqanlıqdan getmə. Başqanla görüşlərimdə bəzi arqumentlər gətirir, amma məni inandıra bilmir. İsa bəy başqan postunda qalmalıdır. Mənim kimi düşünənlər çoxdur”.

1911-ci ildə qurulmuş Müsavat Partiyası indiyəcən 7 qurultay keçirib. Sonuncu qurultay 2006-cı ildə olub. Müsavatın 8-ci qurultayının gündəliyində əsas məsələ başqan seçkisidir. 1992-ci ildən başqanlıq edən İsa Qəmbər 8-ci qurultayda postundan gedəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol