Menu

Yəməndə vəbaya yoluxduğu şübhə edilənlərin sayı 925 minə çatıb

16.11.2017, 09:59
Yəməndə vəbaya yoluxduğu şübhə edilənlərin sayı 925 minə çatıb

Yəməndə vəbaya yoluxduğu şübhə edilən insanların sayı 925 min nəfərə çatıb, epidemiyadan ölənlərin sayı 2,2 min nəfəri keçib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak məlumat verib.

"Humanitar məsələlərin əlaqələndirilməsi idarəsi xəbər verir ki, noyabrın 12-nə olan vəziyyətə görə, Yəməndə 925 mindən çox vəbaya yoluxma şübhəsi və 2,2 mindən çox onunla bağlı ölüm halı qeydə alınıb", - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol