«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiya hərbçiləri raket əleyhinə lazer silahı yaratmaq qərarına gəliblər. Şimali Koreya təhlükəsi yapon hərbçiləri ballistik raketlərdən müdafiə olunmaq üçün qeyri-ənənəvi üsullar axtarmağa vadar edir.
Xəbərə görə, artıq 2018-ci ildə Yaponiya elektriklə işləyən lazer əsaslı raket əleyhinə müdəfiə sistemi işləyib hazırlamağa başlayacaq.
Ehtimal edilir ki, belə komplekslər qanadlı raketləri və hətta adi artilleriya mərmilərini «tutmaq»da istifadə oluna bilər («Aviation Week»).
Bu layihəyə start vermək məqsədilə, Yaponiyanın Müdafiə nazirliyi (MN) gələn ilin büdcəsindən vəsait ayrılması üçün sifariş də verib.
Ehtimala görə, sistemin işlənib hazırlanmamı 5 il vaxt tələb edəcək və dövlətə 77 milyard dollara başa gələcək. Bu müddət, hələ 2010-cu ildən işlənməsinə başlanmış güclü lazerin yaradılmasına getmiş vaxtı da əhatə edir - başqa sözlə, Yaponiya hökuməti bu istiqamətdə işlərə hələ 2010-cu ildən start verib.
Belə tələsikliyin səbəbi aydındır - Şimali Koreya təhlükəsi.
Yeni lazer sistemlərinin həm də təyyarə və gəmilərdə quraşdırılması nəzərdə tutulur. Bu da mobil «antikoreya qalxanı» yaratmağa imkan verəcək.


Şərhlər
Yapon düzəldər,çünki səhər-axşam balıq yeyir.Balıqda fosfor var,beyin üçün son dərəcə önəmlidir.Biz düzəldəmmərik,çünki biz səhər-axşam şappaşap qoyun yeyirik canavar kimi.Canavardan fərqimiz ondadır ki,bişirib yeyirik qoyunu və danışa-danışa,bir-birimizə qoyun əti kimi yağlı təriflər deyib pənco-pənco vura-vura yeyirik.