Menu

MTN-nin dələduz polkovnikinin məhkəmə istintaqı başa çatıb

16.11.2017, 12:00

mtn-01Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.

Prokuror çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Proses dekabrın 21-də davam edəcək

İttihama görə, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. İş üzrə 5 zərərçəkmiş şəxs tanınıb.

Təqsirləndirilən şəxs V. Güləli zərərçəkmiş Misir Umudovu ləğv edilmiş MTN-ə işə düzəldəcəyini deyərək, onun 8 min manatını dələduzluq yolu ilə ələ keçirib.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

V. Güləli MTN-in polkovniki olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol