Menu

Aqil Abbasdan qalmaqallı təklif - "Casus hesab olunsunlar..."

16.11.2017, 12:47
Aqil Abbasdan qalmaqallı təklif - "Casus hesab olunsunlar..."

Rusiyada xaricdən maliyyələşən KİV-lərin casus hesab olunmasını nəzərdə tutan qanunun Azərbaycanda da qəbul edilməsi təklif olunur.

Trend-in məlumatına görə, belə bir təşəbbüslə Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas komitənin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, Rusiyada qəbul edilən yeni qanuna əsasən, xarici ölkələrdən maliyyələşən KİV-lər casus hesab olunacaqlar: “Bizim də belə bir qanuna ehtiyacımız var. Bir qəzet redaktoru kimi bilirəm ki, bizdə də belə hallar çoxdur. Məncə, bu məsələnin qaldırılmasına ehtiyac var”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov isə deyib ki, bunu ayrıca qanun kimi də, qanunlara əlavələr kimi də qəbul etmək mümkündür.

Qeyd edək ki, ötən gün Rusiya Dövlət Duması ölkədə əcnəbi medianın "xarici agent" kimi tanınmasına icazə verən qanuna düzəlişləri qəbul edib.

 

Şərhlər

omer 2017-11-16 12:47:12

Dumanin filali niye gecikbki.? Aqil bey

aysberq 2017-11-16 12:47:12

Böyük gərdəşün tökdüklərini yığmaqda Sizlərə çatan olmaz.....

dadaşyev 2017-11-16 12:47:12

Məclisə yeni deputatların oturdulması zamanı yaxınlaşdıqca nəinki gül çöhrələri,hətta səslərinin tembri də unudulmaqda olanlar yavaş-yavaş "karaborsa"ya çıxır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol