Menu

Azərbaycanda qızıl hasilatı 3 dəfədən çox artıb

16.11.2017, 14:10
Azərbaycanda qızıl hasilatı 3 dəfədən çox artıb

Azərbaycanda qızıl və gümüş hasilatı artıb. Bu ilin yanvar-oktyabr aylarında ölkədə 5 107,5 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur. Gümüş hasilatı isə illik müqayisədə 42,2% artaraq 433,5 kq təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir.

Şərhlər

iqnasio 2017-11-16 14:10:16

Ondan Sizə nə, bizə nə!!

əli 2017-11-16 14:10:16

QIZIL HASİLATI 3 DƏFƏ ÇOXALIB ANCAQ PENSİYA ARTMIR QİYMƏTLƏR QIZIL ÇOXALDIQCA QALXIR BİR SÖZLƏ BİZƏ NƏ Kİ BU İŞDƏN

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol