Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Rusiyaya səfər edəcək.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, noyabrın 22-də Soçidə Suriya məsələsi ilə bağlı Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti keçiriləcək.
Toplantıda R.T.Ərdoğan, Rusiya rəhbəri Vladimir Putin və İran Prezidenti Həsən Ruhani iştirak edəcək. Onlar Suriyadakı hazırkı vəziyyəti və böhrandan çıxış yollarını müzakirə edəcəklər.


Şərhlər
Ürəkdən sevinirəm.Rusiya-Türkiyə münasibətləri çox-çox yüksək səviyyəyə çatmalıdır.İstərəm ən yaxın dost olsunlar Purinlə Ərdoğan.Yaxın Şərq ancaq bu iki adamın dostluğuyla qırğınlardan,bəlalardan xilas ola bilər.Yoxsa müsliman aləmi məhvə məhkumdur.İranın da gücünü unutmaq lazım deyil.Rus-türk-fars birliyi möhkəmlənməlidir ABŞ-AVROPA ekspansionizminə qarşı.Biraz xırdalayım.Rus-türk-fars birliyi möhkəmlənməlidir anqlosaks-yəhudi birliyinə qarşı.