Menu

Məhkəmə Cəmil Həsənlinin şikayətini təmin etmədi-YENİLƏNİB

08.10.2013, 11:51
Məhkəmə Cəmil Həsənlinin şikayətini təmin etmədi-YENİLƏNİB

Oktyabrın 8-də Apellyasiya Məhkəməsində Mirzə Tağızadənin sədrliyi ilə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin şikayətinə baxılıb.

Həsənli İlham Əliyevi üçüncü müddət üçün prezidentliyə namizəd kimi qeydə almış MSK-ya qarşı şikayət verib. Məhkəmə şikayəti təmin etməkdən imtina edib.

Şikayətdə İlham Əliyevin prezidentliyə namizədlik qeydiyyatını ləğv etmək zərurəti qeyd edilib.

---

Demokartik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli prezdentliyə namizədlərin gəlirlərini açıqlamağı tələb etməkədn imtina etdiyinə görə Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib.

C.Həsənlinin maraqlarının müdafiəçisi, “Hüquq və İnkişaf Mərkəzi”nin rəhbəri Hafiz Həsənov Turana bildirib ki, şikayətə oktyabrın 8-i Bakı apellyasiya məhkəməsində baxılması gözlənilir.-

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol