“Mədəniyyətimizə töhfə verən Rasim Balayev haqqında danışmaq istəyirəm. O elə bir sənətkardır ki, Babəki, Nəsimini filmlərdə canlandırıb. O dərman almağa pul tapmır. Üzümü tuturam Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə, ona niyə kömək etmirlər?!”
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, xalq artisti Zeynəb Xanlarova deyib.
O, aktyora kömək olunmasını xahiş edib: “Xahiş edirəm, ona kömək etsinlər. Onun aldığı pulun miqdarı nə qədərdir ki?! Pulu çatmır dərmanların hamısını almağa...”
MM sədri Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.

Şərhlər
Ay xanım,ona-buna kömək etməklə əmələ gəlməz ee işlər.Köməyi,yardımı dilənçiyə eləyərlər.İnsana,hər bir vətəndaşa dövlət tərəfindən təyin olunmuş qanuni haqqlar lazımdır....
O nə Nəsimi nə də BABƏKdir nə olsun obraz yaradıb heç fərq etməz rəhmətlik Bəşir Səfərov da Gülümsarov obrazını dahiyanə yaradıb məndə 300 mert hündürlüyündə teleqüllənin üstünə antennaları bərkitmişəm hərənin bir işi var o öz işini görüb məndə öz işimi cox yüksək səviyyədə görmüşəm.Mənədə pul catmır ADİ DƏRMANA .pREZİDENT TƏQAÜDÜ ALIR bəs deyil? O nə edib ki bizim yaxşı varlı yaşamağımız üçün?Nə təklifləri var? Sadə artisi olub niyə o seçilməlidir?Nə olsun Balayevdir?Mən heç o kinolara baxmamışam
BAŞA DÜŞURUK Kİ.DAHİ AKTYORDUR.ONDA BELƏ ÇIXIR Kİ XƏSTƏLƏNƏNDƏ FƏHLƏ.KƏNDLİ BİR DƏ PULU OLAN ÖDƏMƏLİDİR.PULUN YOXSA BES NEYLƏMƏLİ
DAS KARXANALARININ BIR QUNLIK QELIRINI VERESEN DAHI SENETKARIMIZ SAQALAR AY ZEYNEB XANLAROVA .... HELE BIR SORUSURSAN DA
Ayağını cəbhədə qoyub gələnlərin,nəinki dərman almağa, heç yaşamağa pulu çastmır.... Səfər Əbiyev tərəfindən verilmiş əmrə görə,hələ də müharibə əlilləri olan ehtiyatdakı zabitlər mərkəzi hospitalda müalicədən məhrum edilib.Səfər Əbiyev tərəfindən Vətənpəırvərlik hissini azaltmağa hesablanmış belə əmrləri aradan götürməyə heç kim cəhd göstərmir.Deputatlar bu məsələyə diqqət yetirsələr Allaha da xoş gələr.
Halal olsun Zeyneb xanima
bes sade insanlar neynesin.Siz heçdüşünürsüzmü bu haqda .Qanunlar da sade adamlarçundur.xestelende pul ödemek de çox gülməli məntiqdir
Zeynəb xanımı xalq seçib,Rasim Balayev yox! Bəs o Milli Məclisdə oturduğu bu qədər illər ərzində ümumi xalq üçün nə edib? Orada oturdulmaqla yalnız öz oğullarını vəzifəyə yetirib.Güya onun oğullarından ağıllı,bacarığqlıları yoxdur.Millətin Ali diplomlu bacarıqlı oğulları mağazalarda,yollarda alverlə baş girləyir...Bir dəfə də onların qeydinə qalmağı,ölkənin gələcəyini də düşün.....
Bu millət vəkili olub,milli Məclisdə nə edə bilib ki? Onun hansı təklifi,hansı sözü eşidilib? Axı o hansı intelektin,düşüncənin,biliyin,savadın sahibidir ki,Millətə vəkil seçilir?Onun savadı ,təhsili Millət vəkili olmağa necə imkan verə bilər?O yalnız şeir əzbərləyib.manıslıq edib.Artıq onun ifası da tonusdan düşüb.Ehtimalən o orada yer doldurmaq üçün siyahiyə salınıb.