Menu

NATO təlimində Türkiyə düşmənçiliyi....  – Hədəf lövhəsinə Ərdoğan və Atatürkün fotoları qoyulub

17.11.2017, 16:30
NATO təlimində Türkiyə düşmənçiliyi....  – Hədəf lövhəsinə Ərdoğan və Atatürkün fotoları qoyulub

Ankara hərbçilərini geri çağırdı

NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib.  APA-nın “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti R. T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının bölgə rəhbərlərinin genişləndirilmiş toplantısında çıxışı zamanı deyib. O, hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb.

“Son olaraq dünən Norveçdə bir insident baş verdi. Düşmən portreti deyə bir portret qoyublar və Atatürkün adı bir tərəfdə, digər tərəfdə mənim adım. Bu xəbər ortaya çıxanda Baş Qərargah rəisimiz və AB nazirimiz Kanadaya doğru səfərdə idilər. Yolda ikən zəng etdilər və hadisəni danışdılar. Bu da sizə NATO təlimi. 40 hərbçimiz var. Biz bu hərbçilərimizi geri çağırmaq qərarı verdik. Lazımi əlaqələri qurdular və qururlar.

Oyun başqadır. Vaxtaşırı fərqli yerlərdə də belə şeylər etdilər. Təəssüf ki, içimizdə də bunlar var. Biz silahı güc olaraq qəbul ediriksə, o zaman siyasətdən əl çəkək. Haqdan daha güclü bir şey ola bilməz”.

NATO-dan hadisə ilə bağlı rəsmi açıqlama verilib. Açıqlamada bildirilir ki, R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabit artıq işdən azad edilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi bildirilib. Onun da işdən kənarlaşdırıldığı qeyd olunur. NATO-nun Ortaq Hərb Mərkəzi Komandanlığı isə Türkiyədən üzr istəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol