«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanı «Baltik dənizindən Qara dənizə qədər təhlükə» elan edib.
Bu barədə ABŞ Dövlət Departamentinin (DD) siyasi planlaşdırma üzrə direktoru Brayan Xuk bildirib.
Onun sözlərinə görə, «Rusiyada dövlətin fəaliyyətini istiqamətləndirən ideoloji birlik yoxdur. Amma buna baxmayaraq, Rusiya ciddi rəqibdir. Soyuq müharibə dövründəki təhlükə ilə uyğunluq var...» - deyə, Xuk qeyd edib.
Amerikalı siyasətçi onu da əlavə edib ki, Rusiya «Qərb-2017» kimi miqyaslı təlimlər hazırlamaq və həyata keçirmək qabiliyyətini nümayiş etdirdi.
Bundan başqa, Xuk deyib ki, Rusiya özünün nüvə arsenalını, silahların daşınması üçün nəqliyyat vasitələrini və ordusunu təkmilləşdirir.

Şərhlər