Menu

«Puçdemon İspaniyaya təhvil verilsin!» - Brüssel prokurorluğu

17.11.2017, 21:53
«Puçdemon İspaniyaya təhvil verilsin!» - Brüssel prokurorluğu

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Brüssel prokurorluğu Kataloniya muxtariyyətinin sabiq lideri Karles Puçdemonun və jeneralitetin sabiq üzvlərinin İspaniya hökumətinə təhvil verilməsini tələb edib. Xəbəri  teleradio şirkəti yayıb.

Brüssel prokurorluğunun nümayəndəsi «RİA Novosti» agentliyinə bildirib ki, Puçdemonun və Kataloniyalı 4 eks-nazirin işi üzrə dinləmələr başa çatıb, amma məsələ hələ də öz həllini tapmayıb.

«Prokuror həbs üçün verilmiş Avropa orderinin icra olunmasını tələb edib. İşə dekabrın 4-də baxılacaq» - deyə, telekanal xəbər verir.

Brüsselin birinci instansiya Məhkəməsinin iclas palatası dinləmələr günü qərar qəbul edə və ya tərəflərin sorğusuna əsasən, qərarın qəbulunu 15 gün təxirə sala bilərdi.

Əgər hakimlər Puçdemonun və digər 4 sabiq nazirin İspaniyaya verilməsi barədə qərar qəbul etsələr, onlar ikinci instansiya səhkəməyə bu qərardan şikayət verə bilərlər. Qərar çıxartmaq üçün ikinci intansiya məhkəməsinin sərəncamında da 15 gün olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol