Menu

Rza Zərrabı həbsxanada öldürmək istədilər – ABŞ-da ŞOK OLAY

17.11.2017, 22:35
Rza Zərrabı həbsxanada öldürmək istədilər – ABŞ-da ŞOK OLAY

ABŞ-da həbsdə olan iş adamı Rza Zərraba sui-qəsd olub.APA-nın “Yeni Şafak”-a istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Mustafa Doğan İnal məlumat verib. O bildirib ki, həbsxanada məhbuslardan biri onu bıçaqla öldürmək istəyib. Zərrab digər məhkumların yardımı ilə ölümdən xilas edilib.

Vəkilin sözlərinə görə, hadisədən sonra R. Zərrab başqa yerə köçürülüb, yeri isə heç kimə bildirilmir: “Məhkəməsinə 15 gün qalmış kimsə onu öldürmək istəyir. O, ölümlə təhdid edilərək, yönləndirilmiş ifadələr verməyə məcbur edilir”.

Qeyd edək ki, R. Zərrabın səhhəti ilə bağlı artıq Türkiyə ABŞ-a nota verib. ABŞ notaya cavabda R. Zərrabın vəziyyətinin normal olduğunu bəyan edib.

Şərhlər

t.ədalət 2017-11-17 22:35:57

Mənə elə gəlir ki,biz Rza Sərrafın adını düz yazmırıq.Yəni,"Zərrab" kimi yazmaqla onun soyadını təhrif edirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol