Menu

FHN Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb

18.11.2017, 00:35
FHN Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb

FHN bu axşam Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda “VAZ” markalı minik və “SHACMAN” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəzası baş verib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək sıxılmış vəziyyətdə qalan sürücü və sərnişini minik avtomobilindən çıxarıblar. Əməliyyat başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol