Menu

Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb

18.11.2017, 15:02
Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb

Azərbaycan Mətbuat Şurası adları qurumun “qara siyahı”sına daxil edilmiş mətbuat orqanları və internet saytları ilə bağlı müvafiq dövlət orqanlarına müraciət ünvanlayıb.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, “reket” fəaliyyəti ilə məşğul olan KİV-lərlə bağlı MŞ-nin həyata keçirdiyi məqsədyönlü tədbirlər və əldə edilən nəticələrə baxmayaraq, ölkənin informasiya məkanında hələ də sui-istifadə halları qalmaqdadır:

"Şura bu tipli neqativ halları, konkret olaraq cəmiyyətin müxtəlif təbəqələrinin, ayrı-ayrı vətəndaşların, biznes subyektlərinin, dövlət orqanları nümayəndələrinin haqlı narazılığına səbəb olmuş KİV-lərin fəaliyyətini daim nəzarətdə saxlayır, onların barəsində daxil olmuş müraciətləri ətraflı və obyektiv şəkildə araşdırır və müvafiq qərarlar qəbul edir. Bununla yanaşı etiraf edilməlidir ki, peşə prinsiplərinə laqeyd yanaşan, qanunun tələblərini pozan, müvafiq tövsiyə və iradlara məhəl qoymayan KİV-lərə bağlı qəbul olunmuş qərarlar ictimai qınaq xarakteri daşıdığına görə, bir çox hallarda gözlənilən nəticəni vermir".

Mətbuat Şurasının İdarə Heyəti yaranmış vəziyyəti müzakirə edərək, barəsində qərar qəbul olunmuş və adları “qara siyahı”ya daxil edilmiş KİV-lərlə bağlı tədbir görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edib.

Şərhlər

Toxucu 2017-11-18 15:02:38

Cənab Redaktor, qanun aləmində belə məsəl var: "Закон для того, что как-то его обойти!" Qocalmışam, yenə də qanmıram! Nə üçün "Azərbaycan" dövlətdirsə, adında "respublika" sözü saxlanıb? 1.Kremlin filialı kimi? 2.Sizcə, Prezident dövlətində indi də de fakto Prezidentlərin üsul-idarəsi bütün dünyanı əhatə etmirmi? 3.MTRŞ hansı hüquq orqanına aiddir? Reket "KİV"ə qarşı zərər çəkən şəxs niyə iddia qaldırmır? 4.Qarabağın silahlanmasına qarşı kim rəsmi hüquqi iddianı qaldırtmalı imiş?

Redaktor 2017-11-18 15:02:38

Allah sovet hokuməti quranlarinin atalarina rəhmət eləsin. Niyəsini deyim. Ona gorə ki hələ sovetlər dovrundə mətbuatla bağli senzura olsa da bu qədər mətbuata basqi yox idi.. ... Bəlkə elə buna gorə Avropa bizi qinayir? Nə vecinə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol