Menu

İcra Hakimiyyətində kadr dəyişikliyi

18.11.2017, 16:30
İcra Hakimiyyətində kadr dəyişikliyi

Şirvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

“Report”un Aran bürosunun məlumatına görə, Fəqan Həsənov şəhər icra başçısının müavini - Şəhər təsərrüfat şöbəsinin müdiri təyin edilib.

O, bu təyinatadək Şirvan şəhər bələdiyyəsi sədrinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, icra başçısının müavini Şəfayət Vaqif oğlu Əsgərov bu il avqustun 12-də xəstəxanada ürək əməliyyatı zamanı dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol