Menu

ABŞ Polşaya «Patriot» kompleksləri satacaq - 2022 ilə qədər

18.11.2017, 17:58
ABŞ Polşaya «Patriot» kompleksləri satacaq - 2022 ilə qədər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Polşaya 10,5 milyard dollar dəyərində «Patriot» raket əleyhinə müdafiə kompleksləri satmaq qərarına gəlib.

«Dövlət departamenti Polşaya 10,5 milyard dollar dəyərində modernləşdirilmiş sensorlu «Petriot» hava hücumundan və raket əleyhinə müdafiə sistemləri satmağı mümkün edən qərar çıxardıb» - pres-relizdə deyilir.

İyulun əvvəlində Polşa milli müdafiə və ABŞ müdafiə nazirlikləri Varşavaya «Patriot» hava-hücumundan müdafiə (HHM) komplekslərinin satılması barədə saziş imzalayıblar.

Saziş, ABŞ Prezidenti Donald Trampın Varşavaya səfəri zamanı imzalanıb. Sənəddə deyilir ki, sözügedən sistemlər 2022-ci ilə qədər Polşaya göndəriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol