Menu

NATO-nun baş katibi  bir daha Ərdoğandan üzr istəyib

19.11.2017, 00:18

yens-stoltenberqNATO-nun baş katibi Yens Stoltenberq Alyansın Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın fotolarının düşmən hədəfi kimi göstərilməsinə görə bir daha R.T.Ərdoğandan üzr istəyib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Y. Stoltenberq həmin insidentin Türkiyə-NATO münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğu bildirib. NATO rəhbəri gələcəkdə bu cür halların təkrarlanmayacağı üçün tədbirlərin görüləcəyinə dair Ərdoğanı əmin edib.

So

Şərhlər

dadaşyev 2017-11-19 00:18:59

Baxın,Türkiyə azacıq incidiyini göstərən kimi o saat narahatlıqlarını bildirirlər,məlum olur ki,İstanbul boğazları üçün,geosiyasi yeri üçün Türkiyə NATO-nun yeganə və əvəzedilməz müttəfiqidir,ona lazımdır yəni hava-su kimi.Amma nə qədər ki,onların tənələrini qulaqardına vurur,nə oyun çıxarırlarsa susur,NATO özünü elə göstərir ki,Türkiyədi də,boğazımıza keçib,nağayraq,kəsib tullaya bilmirik,yazıqdı.Amma baxın,necə əl-ayağa düşüblər!Çünki bilirlər ki,bu bölgə Şanxay tərəfə keçsə ABŞ-Avropa ölmüş kimi olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol