Menu

BƏƏ-də 23 yaşlı sahibkar 3 mln. dollara avtomobil nömrəsi alıb

19.11.2017, 12:36
BƏƏ-də 23 yaşlı sahibkar 3 mln. dollara avtomobil nömrəsi alıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Əhməd Əl-Mərzuki adlı 23 yaşlı sahibkar avtomobili üçün 10 milyon dirhəm dəyərində (təxminən 3 milyon dollar) "2" nömrəli dövlət qeydiyyat nişanı alıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, "VİP nömrələr"in satışa çıxarıldığı hərrac Əbu-Dabidə baş tutub.

Digər sahibkar 400 min dollara əldə etdiyi “1111” nömrəli qeydiyyat nişanı 12 yaşlı oğluna hədiyyə edib. Hərracda əldə olunan 15 mln. dollaradək vəsait xeyriyyə tədbirlərinə sərf olunacaq.

Qeyd edək ki, ötən il keçirilən analoji hərracda “1” nömrəli qeydiyyat nişanı 8 mln. dollara satılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol