Menu

Rusiyanın Volqoqrad şəhərində azı 30 nəfərin qalıqları aşkarlanıb

19.11.2017, 16:56
Rusiyanın Volqoqrad şəhərində azı 30 nəfərin qalıqları aşkarlanıb

Rusiyanın Volqoqrad şəhərinin ətrafında azı 30 nəfərin qalıqları aşkarlanıb. APA-nın “Ren TV”-yə istinadən verdiyi xəbərə görə, insan skeletləri tikinti işlərinin aparıldığı meydançada aşkarlanıb. Şahidlərin sözlərinə görə, qalıqların Böyük Vətən Müharibəsi qurbanlarına məxsus olduğu istisna edilmir.

Hadisə yerindən təqdim olunan videoda “tapıntı”nın brezentlə örtüldüyü əks olunub. Məlumata görə, qalıqlar artıq 3-4 gündür ki ortalıqda qalmaqdadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol