«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşanın müdafiə naziri Antoni Maçereviç Pxenyanın provokasiyaları ilə Rusiyanın aqressiv siyasəti arasında «əlaqə»nin olduğunu bildirib. Bu barədə «Ukrinform» agentliyi xəbər verib.
«Polşanın nöqteyi-nəzərincə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) davranışı Rusiyanın planları və aqressiv fəaliyyəti ilə ciddi şəkildə bağlıdır» - deyə, polşalı nazir bəyan edib.
Onun sözlərinə görə, Moskvanın gələcək addımlarını başa düşmək üçün bunu anlamaq olduqca əhəmiyyətlidir.
Son vaxtlar, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Cənubi Koreyanın keçirdiyi və müharibənin başlanacağı təqdirdə, Şimali Koreyaya zərbə vurulmasını məşq edən hərbi təlimlərin fonunda KXDR ətrafında vəziyyət ciddi şəkildə gərginləşib. Şimali Koreya da öz nöbəsində, ABŞ tərəfidən gözlənilən təhlükədən ehtiyatlanır və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) sərt sanksiyalarına baxmayaraq, özünün nüvə-raket potensialını artırır.


Şərhlər