«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Zimbabvenin prezidenti Robert Müqabe «ZBC» dövlət televiziyasının efirindən çıxış edərək, bildirib ki, personasına edilən təzyiqlərə baxmayaraq, prezident olaraq qalacaq.
O, qeyd edib ki, bugünkü görüşdə hərbi rəhbərlik onu ölkədə həlli vacib olan suallar istiqamətinə kökləyib. O, iclasda qaldırılan problemləri etiraf edib.
Müqabenin sözlərinə görə, hərbçilərin siyasi həyata müdaxiləsi «hakim partiyada və ölkədə işlərin vəziyyətini onların görməsi» səbəbindən baş verib. Prezident ölkəni «normal həyata qayıtmağa» çağırıb («BBC»).
Prezident Müqabe öz nitqində etiraf edib ki, ölkənin iqtisadiyyatı «çətin dövr» yaşayır. O, zimbabvelilərin milli xarakterinə və «müqavimət ənənələrinə» inandığını bəyan edib.
Öz liderini postundan kənarlaşdırmış Zanu-PF partiyasından danışarkən, Müqabe qeyd edib ki, partiya ciddi qaydalara əməl etməlidir. O, partiyanın dekabrda keçiriləcək qurultayına rəhbərlik edəcəyi vədini verib.


Şərhlər