Ağdamda 15 yaşlı oğlan intihar edib.
Trend-in məlumatına görə, hadisə noyabrın 20-də səhər saat 11:30 radələrində rayonun Çəmənli kəndində baş verib. Kənd sakini, 2002-ci il təvəllüdlü Rzayev Qığılcım Habil oğlu özünü yaşadığı evin həyətindəki tövlədən asıb. Mərhumun qohumları onun meyitini asılmış vəziyyətdə aşkar ediblər.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.


Şərhlər
15 yaşlı yeniyetmə arzularla dolu bir gələcək ümidində olur.Belələri heç vaxt intihar etməz.Onu,hiss olunur ki,ailələrinə yaxın olan kimlərsə bu yolla məhv edib.İstintaq bu nakamın illər əvvəlki ömür yolundan başlamalı,yaşam xarakterlərini yaxşı təhlil etməlidir.
mende hemin kendin sakiniyem hemde muellimi idim usagi cox yaxsi taniyirdim agilli olduqca terbiyeli 1usaq idi Qıgılcım derslerindede elaci idi agir soz deyilende basini qaldirmazdi ozune cox hormet eden 1sagird idi yoldaslari onu cox isteyirdi muellimleri bele razi idi deyib gulen idi psixoloji cehetden hec 1 problemi yox idi helede sokdayam inana bilmiremki bele 1 usaq ozune qesd edib mence onun olumune sebeb yigdigi bal yox basqa sebebler var