Menu

Xəzəryanı ölkələrin XİN başçılarının Moskva görüşünün vaxtı açıqlanıb

20.11.2017, 19:00
Xəzəryanı ölkələrin XİN başçılarının Moskva görüşünün vaxtı açıqlanıb

Dekabrın 4-5-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in saytında nazir Sergey Lavrovun Azərbaycana səfərinin yekunları ilə bağlı məlumatda bildirilib.

“Xəzəryanı ölkələrin XİN rəhbərlərinin qarşıdakı Moskva müşavirəsinə hazırlıq kontekstində Xəzərdə əməkdaşlıq problematikası ətraflı müzakirə olunub”, - deyə açıqlamada qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol