Menu

Qeyri-sabit hava şəraiti noyabın 25-dək davam edəcək - Proqnozlar Bürosu

23.11.2017, 12:17

hava-bugun-ve-yarin-yagmurlu-olacak-45194"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabın 25-i gündüz saatlarınadək davam edəcək".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, noyabrın 23-24-ü bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur: "Bu günlərdə ölkə ərazisində havanın temperaturu gündüz 9-13, gecə 7-9, rayonlarda gecə 3-8, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol