Menu

"Qremio" Libertadores Kubokunun ilk final matçında "Lanus"a qalib gəlib

23.11.2017, 21:27
"Qremio" Libertadores Kubokunun ilk final matçında "Lanus"a qalib gəlib

Futbol üzrə Libertadores Kubokunun ilk final matçı keçirilib.

“Report” xəbər verir ki, Argentinanın “Lanus” komandasını qəbul edən Braziliya təmsilçisi “Qremio” rəqibini üstələyib.

Portu-Aleqridə baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qremio”ya qələbə gətirən qola 83-cü dəqiqədə Sisero imza atıb. Bu kollektivlər arasında cavab qarşılaşması noyabrın 30-da Lanusda keçiriləcək.

Qeyd edək ki, Libertadores Kuboku Cənubi Amerika Futbol Konfederasiyasının bayrağı altında təşkil olunur. Turnirin ən titullu komandası hesabında 7 çempionluq olan Argentina “İndependyente”sidir. Yarışın qalibi FİFA-nın keçirəcəyi klublararası dünya çempionatına vəsiqə qazanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol