Menu

Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma olub - Ölənlər var

23.11.2017, 21:47
Dağıstanın Azərbaycanla həmsərhəd rayonunda atışma olub - Ölənlər var

Dağıstanın Azərbaycanla həmsərhəd Mhərrəmkənd rayonunda atışma olub, 2 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadfən verdiyi xəbərə görə, bu barədə rayon administrasiyasının rəhbəri Fərid Əhmədiv bildirib.

Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir.

Məlumata görə, insident nəticəsində daha 3 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Atəş açanlardan biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaçıb.

Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol