Menu

Rusiya yenə İŞİD-i bombaladı - Sığınacaqlar, texnikalar...

23.11.2017, 23:18
Rusiya yenə İŞİD-i bombaladı - Sığınacaqlar, texnikalar...

Rusiyaya məxsus bombardmançı təyyarələr Suriyanın Deyr əz-Zor şəhərində İŞİD mövqelərinə növbəti aviazərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qırıcıların terrorçulara məxsus sığınacaqları, istinadgahları və hərbi texnikaları hədəf aldığı bildirilib.

Digər tərəfdən, nazirlik Hmeymim aviabazasından qalxan SU-24-lərin İŞİD-ə aid müxtəlif fərdi obyektləri də bombardman etdiyini qeyd edib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol