Sosial şəbəkələrdə müzakirəyə səbəb olan verilişlə bağlı Müasir Azərbaycan Gəncliyi (MAG) açıqlama verib.
"AzPolitika" xəbər verir ki, MZ productionun rəhbəri Üzlüfət Qasımova "Qafqazinfo”ya açıqlamasında həmin kadrların AzTV-də yayımlanmadığını bildirib:
"O kadrlar AzTV-də getməyib. Sözügedən proqram çəkiləndən sonra biz Vüsal Rzasoyun mahnılarını dinlədik, daha sonra qərara aldıq ki, AzTV-yə uyğun deyil. Bu səbəbdən həmin görüntünü efirdə yayımlamadıq, MAG-ın səhifəsində paylaşmaqla kifayətləndik. Sözügedən videonu 20 gün əvvəl səhifədə yaymışıq.
Təəssüflər olsun ki, saytlar maraqlanmadan həmin kadrları efirdə getmiş kimi təqdim edib. Maraqlıdır ki, "MAG” 5 ildir efirdə olsa da, bu günə qədər heç belə müzakirəyə səbəb olmamışdı”.
Üzlüfət Qasımova həmçinin qeyd edib ki, Vüsal çox istedadlı gəncdir:
"Onun çox peşəkar əcnəbi prodüseri var. Vüsal xarici ölkələrdə ifası ilə pul qazanır. Biz heç bir müğənnimizin belə prodüserini görməmişdik”.
Qeyd edək ki, Rzasoyun oxuduğu "Ayə, harayə gedirsən, ayə?” mahnısı müzakirələrə səbəb olmuşdu.


Şərhlər
AzTV-yə baxan var ki,hələ gedib-getmədiyi bəlli olsun.Ona görə nə desə ola bilər.
Kaş ki bu kadr AzTV-də yayımlanaydı. Faydası o olardı ki bu ifanı tək-tək insan görərdi. Çox xəcalət çəkdim, axıra kimi dinləyə bilmədim.
deyirki menim ifam derin felsefe dasiyir. Bizim olkede geceler transseksuallar azad gezib fahiselikle mesgul olurlar, fahiseler ise yene de gunu gunden coxalirlar. Narkotiklerden istifade bas alib gedir. Tehsilimizdeki krikulium sistemi artiq usaqlarin beyinlerini cokdurub. İndi bu cixib qisqirir sonra da deyir ki siz qanmadiniz men felsefe yaptim.. BİRDA NƏ VAR Kİ,,,??