VTB Azerbaijan bankı Denis Bortnikovun bankın Müşahidə Şurasının sədri təyin edilməsi haqqında məlumat yayıb. O, həmçinin Bank VTB-nin (Vneştorqbank - Xarici Ticarət Bankı) İctimai Səhmdarlar Cəmiyyətinin idarə heyətinin prezident-sədr müavinidir.
Qeyd edək ki, Denis Bortnikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin şefi Aleksandr Bortnikovun oğludur.
Denis Bortnikov 11 ildir VTB banklar qrupunda işləyir, deyə məlumatda bildirilir.
Rusiyanın Vneştorqbank-ı Azərbaycana 2008-ci ildə ölkə Mərkəzi Bankının razılığı ilə yerli AF-Bank-ın səhmlərinin 51%-ni almaqla qədəm basıb. Bu yaxınlarda VTB ATA Bank-dan səhmlərin qalan 49%-ni də alaraq, bütün səhmlərin tək sahibinə çevrilib. (Turan)


Şərhlər
Görünür,rusiya ərazilərimizi işğal etdiyi kimi,tədricən maliyyə sahələrimizə də barmaq uzadır..
Denis Bortnikov ve Nedjmeddin Sadikov tez - tez gorushseler...,
ne olar ?
Mirze Elekber Sabirin sheirinde deyilir :
SES SALMA, YATANLAR QOY HELE YATSIN !
YATMISHLARI, RAZI DEYILEM, KIMSE OYATSIN !
YAXUD :
MILLET NECE TARAC OLUR, NE ISIM VAR !?
DUSHMENLERE MOHTAC OLUR, NE ISHIM VAR !?
VER YEYIM, ORT YATIM !!!
GOZLE, CANIM CHIXMASIN !!!
C новым назначением товарищ подполковник...
Beli neceki bu hakimyet var qarabax hell olan deyil ramiz mehdiyev qelebe caldl brotnikov onun dostudu