Menu

Brüsseldə iğtişaşlar zamanı 70 nəfər saxlanılıb

26.11.2017, 09:25
Brüsseldə iğtişaşlar zamanı 70 nəfər saxlanılıb

Belçika paytaxtı Brüsseldə baş verən iğtişaşlar zamanı 70 nəfər saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, iğtişaşlar Liviyaya qaytarılan miqrantlara dəstək aksiyası başa çatdıqdan sonra başlayıb. Otuzadək radikal gənc mağazaların şüşələrini qırmağa, polis maşınlarını daş-qalaq etməyə başlayıb.

İğtişaşların qarşısını almaq üçün su şırnaqlarından və helikopterdən istifadə edilib.

Ümumilikdə, 71 nəfər saxlanılıb. İğtişaşlar zamanı xəsarət alan olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol