Menu

Ağdaşda piyadanı vuraraq öldürən sürücü saxlanılıb

26.11.2017, 10:40

Qezada-sinmish-padpres-180912Bakı-Qazax avtomobil yolunda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon Ləki kənd ərazisindən keçən hissəsində 50-55 yaşlı kişi piyada, Gürcüstan respublikası Marneuli şəhər Aşağı Karal kənd sakini, 1982-ci il təvəllüdlü Samir Xudayar oğlu Rəhimovun idarə etdiyi "Mercedes-Benz Vito" markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində dünyasını dəyişib. Sürücü isə polis tərəfindən saxlanılıb. Hazırda ölən piyadanın kimliyi araşdırılır.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol