Menu

Pakistan Türkiyədən 30 zərbə vertolyotu və 4 hərbi gəmi alacaq

26.11.2017, 11:50

Картинки по запросу t129atak

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pakistan Türkiyədən «T-12 9 ATAK» vertolyotu və 4 hərbi gəmi alacaq. Gəmilərdən ikisi Kəraçidə tikiləcək. Sənədləşmə işləri artıq 90,0 faiz görülüb, bütün təkliflər nəzərdən keçirilib, maliyyə aspekti isə qiymətləndirilib. Bunu Pakistanın müdafiə naziri Rana Tanveer Hüsseyn bildirib («Anadolu»).

Nazir onu da əlavə edib ki, Türkiyə də öz növbəsində, Pakistandan 52 ədəd «Super Mushahak» təlim təyyarəsi alacaq.

«Bu təyyarələr çox sayda ölkələrin silahlı qüvvələrinin arsenalında iştirak edir. Onların sayəsində pilotlar baza təcrübəsi keçirlər» - deyə, nazir qeyd edib.

Onun sözlərinə görə, Ankara həm də Pakistandan JF-17 hərbi təyyarələrinin alınması imkanlarını nəzərdən keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol