Menu

Rusiyada restoranda atışma olub, 3 nəfər ölüb

26.11.2017, 13:59
Rusiyada restoranda atışma olub, 3 nəfər ölüb

Ötən gecə Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində restoranda atışma olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində Rusiya Qvardiyasının əməkdaşı da daxil olmaqla, 3 nəfər ölüb.

Faktla bağlı cinayət işi açılıb. Atışmanın səbəbi hələ məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol