İranın Xəzər dənizindəki hərbi dəniz donanması dekabrın 21-dək raket buraxılışı həyata keçirə biləcək yeni gəmi ilə təchiz olunacaq.
Virtualaz.org-un “Fars” agentliyinə istinadla məlumatına görə, bunu İranın Şimal Dəniz Qüvvələrinin komandanı Əhməd Reza Bakeri bəyan edib.
Ə. R. Bakeri donanmaya yeni döyüş gəmisinin də veriləcəyini bildirib.
Xatırladaq ki, bundan əvvəl İran Hərbi-Dəniz Qüvvələrlərinin komandanı Hüseyn Xanzadi "Separ" ("Qalxan") raket gəmisinin Xəzərə Hərbi Dəniz Qüvvələri Günü münasibəti ilə 28 noyabrda daxil olacağını bildirmişdi. Onun sözlərinə görə, yaxın gələcəkdə Hərbi-Dəniz Qüvvələrinin silahlandırılmasına bir neçə gəmi və vertolyot da veriləcək.


Şərhlər