Menu

Ermənistanda etiraz dalğası başladı - Foto

01.07.2014, 15:31
Ermənistanda etiraz dalğası başladı - Foto

İrəvanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı aksiya başlayıb

ANS PRESS-in məlumatına görə, İrəvanın mərkəzində toplaşan nümayişçilər ölkədə elektrik enerjisi tariflərinin artırılmasına etiraz edib. Onlar ictimai xidmətlərin nizamlanması üzrə Komissiyanın iclası keçirilən binaya girmək istəyib. Lakin təhlükəsizlik qüvvələri bunun qarşısını alıb. Nəticədə qarşıdurmalar yaşanıb.

Daha sonra nümayişçilər şəhərin mərkəzi prospektlərindən birini bağlayıb. Polislər aksiyaçılara yenidən müdaxilə edib.

Hazırda etiraz aksiyası davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol